Qurbanov Qarabağa qarşı oynaya biləcək
8 dekabr 2015 18:40
"Zirə"nin yarımmüdafiəçisi Nicat Qurbanov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı oyunun gedişində zədələnmiş və 62-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalmışdı. Azerisport.az xəbər verir ki, həkim müayinəsindən sonra onun zədəsinin ciddi olmadığı məlum olub.
Qurbanov komandasının 16-cı turda "Qarabağ"a qarşı oyununda meydana çıxa biləcək.