Xəzər Lənkəranla Neftçidən 4 qolluq qələbə
11 dekabr 2015 16:00
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 16-cı tura yekun vurulub. Azerisport.az xəbər verir ki, bu gün keçirilən görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
Əvəzedicilərin çempionatı
16-cı tur
11 dekabr
“Zirə” - “Qarabağ” - 1:1
Qollar: Elgün Nəbiyev, 4 - Elçin Rəhimli, 19.
AZAL - “Xəzər Lənkəran” - 1:4
Qollar: Saməddin Əliyev, 9 - Yusif Həsənov, 41. Kənan Həsənov, 56. Kənan Bağırov, 75. Əsgər Hüseynov, 87-öz qapısına.
“Qəbələ” - “Neftçi” - 3:4
Qollar: Tural Məmmərzəyev, 11. Ehtiram Şahverdiyev, 27-pen. Ramil Hasanov, 28 - Rəsul Babazadə, 8; 44. Mirabdulla Abbasov, 35; 52.