Roman Qriqorçuk: Neftçi layiq olduğu qələbəni qazandı
13 dekabr 2015 18:15
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” layiq olduğu qələbəni qazandı. Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idi. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı”.