Fotoreportaj|Video|На русском

Futbol

Kazbek Tuayev: Futbolumuzun layiq olduğu yüksək səviyyəyə çatmasını arzu edirəm

14 dekabr 2015 13:15

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Kazbek müəllim, 75 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Əhval-ruhiyyəniz necədir?
- Təbrik üçün təşəkkür edirəm. Daim ünsiyyətdə olduğum çoxlu dostlarım, tanışlarım var. Xarakter etibarilə kiminləsə problem yaşayan biri deyiləm. Bu da əhvalımın çox zaman müsbət olmasına kömək edir. Prinsipcə, hər şeydən razıyam. Xüsusilə də, Azərbaycanda, Bakıda anadan olduğum və burada yaşadığım üçün çox xoşbəxtəm. İki oğlum var. Onlar da Bakıda anadan olublar, burada ali təhsil alıblar. Lakin hazırda başqa ölkədə yaşayırlar. Gözəl ölkəmiz və şəhərimiz var. Həyat səviyyəmiz də yüksəkdir. Bütün bunlara görə ümumilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevə minnətdarıq. Əgər Heydər Əliyev bizim respublikanı qurubsa, İlham Əliyev onu mirvariyə, brillianta döndərib. Belə zamanda yaşadığımız üçün çox xoşbəxtik. Əgər əvvəllər Azərbaycan haqqında çox az şey bilirdilərsə, indi hətta Bakı barədə də məlumatı olmayan şəxs yoxdur. Bu da bizim xoşbəxtliyimizdir.
 
- 75 yaşın “pəncərəsindən” dünya sizin gözünüzdə necə görünür?
- Əlbəttə ki, illər keçdikcə dünya da dəyişir, həyata baxış fərqli olur. 7 yaşlı nəvəm var. O, bütün məlumatları, kompüter, internet vasitəsi ilə ala bilir. Əvvəllər belə məlumatları yalnız qəzet vasitəsilə öyrənmək olurdu. İndi hamı, hətta uşaqlar da müasir texnologiyadan istifadə etməyi bacarır. Ölkəmiz belə yüksək səviyyədə inkişafı isə məni daha da sevindirir.
 
- Özünüzü iki-üç cümlə ilə necə xarakterizə edərdiniz?
- Özüm barədə danışmaq bir qədər çətindir. Bu barədə yalnız uzun illər mənimlə birgə çalışan insanlardan soruşmaq daha yaxşı olardı. Sadəcə, onu qeyd edə bilərəm ki, indiki dövrdə də sevimli peşəmlə, futbolla, məşqçilik işi ilə məşğul olmağımdan tam razıyam. Futbolla məşğul olan uşaqları görmək məni daha da gümrahlaşdırır. Bu cür şəraiti yaratdığı üçün Gənclər və İdman Nazirliyinin və AFFA-nın rəhbərliyinə  təşəkkür edirəm.
 
- Həyatınızda sevincli anların sayı çox olub, yoxsa kədərli günləri daha çox xatırlayırsınız?
- Mənim kimi optimist insanın həyatında sevincli anların sayı daha çox olur. Çünki yanımda daim dostluğa sadiq, güclü xarakterə malik insanlar olub. Həmçinin qohum-əqrabamı da qeyd etməliyəm. Buna baxmayaraq, həyatda həmişə şad günlər olmur. Lakin kədərli, çətin anlarımda yaxın insanların ətrafımda olması mənə hər şeyi unutdurub.
 
- Şübhəsiz, bu illər ərzində çoxlu dostlar qazanmısınız. Özünüz qədər güvəndiyiniz dostlarınız varmı?
- Məncə, yaxşı dost insanın xoşbəxtliyidir. Həmişə yaxın dostlarım olub. Təəssüf ki, onların çoxu artıq dünyasını dəyişib. Sergey Kramarenko kimi yaxın dostumun həyatdan getməsinə çox üzülürəm. Həmçinin dahi insan, həmişə pərəstiş etdiyim, bütün ömrüm boyu mənə köməklik edən Ələkbər Məmmədov da həyatda yoxdur. Nəinki mən, bütün futbol ictimaiyyətimiz Ələkbər müəllimə çox şey borcludur. Belə insanlarla birgə işləməyim, onlarla dostluq etməyim məni güclü insan edib. Bundan başqa, hazırda Moskvada yaşayan, keçmiş futbolçu Yuri Kuznetsovla, eləcə də Yaşar Babayevlə dostluq edirəm. Mərhum Mübariz Zeynalovla, Adil Babayevlə də əla münasibətimiz olub. 60 ilə yaxındır tanıdığım Valeri Hacıyevi də yaddan çıxarmamalıyam. Təəssüf ki, o, hazırda bir az xəstədir.
 
- İstər karyeranızda, istərsə də, həyatınızda “kaş belə etməzdim” dediyiniz anlar çoxmu olub?
- Açıq deyim ki, heç vaxt belə mövqeyim olmayıb, geriyə dönüb baxmamışam. Məktəbi, institutu Azərbaycan dilində oxumuşam. Lakin azərbaycanca danışmaqda bir az çətinlik çəkirəm (gülür). Bu da o dövrdə, demək olar ki, hamının rus dilində danışması ilə əlaqədardır. Uşaqlıqdan futbola həvəsim olub. Bu sənəti seçdiyimə görə heç vaxt təəssüflənməmişəm. Həyatda qazandıqlarımı məhz futbolun sayəsində əldə etmişəm. Buna görə Allaha şükr edirəm. Ailəmdən də tam razıyam. Həyat yoldaşımla 8-ci sinifdən bir yerdə oxumuşam, eyni partada əyləşmişəm. O, mənim üçün iki oğul böyüdüb, xoşbəxtliyimiz üçün hər şey edib. Lyudmila xanımsız həyat mənim üçün çətin olardı. Ona Allahdan cansağlığı arzu edirəm. Belə həyat yoldaşım olduğu üçün bəxtim gətirib.
 
- Hazırkı vəziyyətdə istər futbolda, istərsə də həyatda sizi narahat edən nədir?
- Uşaqlarımın mənimlə birgə yaşamaması məni çox narahat edir. Oğlanlarımdan biri Moskvada, digəri isə Kanadada yaşayır. Şəxsi mənada, bundan başqa narahatçılığım yoxdur. Futbolumuzun isə layiq olduğu yüksək səviyyəyə çatmasını arzu edirəm.
 
- Gənclərə nə tövsiyə edərdiniz?
- Gənclərimizə sülh, əmin-amanlıq   arzulayıram. Heç zaman müharibə olmasın. Özümə nə arzu edirəmsə, onlara bunun yüz qatını arzulayıram. Onlara düzgün, təmiz insan olmalarını, Vətəni sevmələrini tövsiyə edirəm.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah