Neftçinin ilin son ev oyunu üçün biletlər satışa çıxarıldı
15 dekabr 2015 13:00
Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - AZAL oyununun biletləri bu gün satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, dekabrın 17-də “Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq.