Futbolçuları Rəvanla Neftçini ziyana saldı
15 dekabr 2015 13:20
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Kəpəz” - “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Qəbələ” - “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.