Qriroqçuk Prosiençki ilə görüşə vaxt tapmayıb
15 dekabr 2015 16:00
Xəbər verdiyimiz kimi, ötən gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, AFFA-nın texniki direktoru Bernhard Lippert və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşə Premyer Liqa klublarından 9-nun baş məşqçisi qatılmışdı.
Görüşdə iştirak etməyən yeganə mütəxəssis "Qəbələ"ni çalışdıran Roman Qriqorçuk olub. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, ukraynalı çalışdırıcı həmin vaxt komandasını məşqə çıxardığından, görüşə gəlməyə vaxt tapmayıb.