Rəşad Eyyubov: Kəpəz Xəzər Lənkərandan revanş almaq istəyir
15 dekabr 2015 16:40
"Kəpəz"in yarımmüdafiəçisi Rəşad Eyyubov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna hazırıq. Bu, çox çətin oyun olacaq. Çünki indi bizə də, cənublulara da xal qazanmaq çox lazımdır. Həm də cənub klubundan revanş almaq istəyirik. Çünki ölkə kubokunda onlara məğlub olmuşduq. Rəqibin heyətində yaxşı futbolçular var. Onların əksəriyyəti fərdi keyfiyyətlərinə görə fərqlənir. Onlar təkbaşına oyunun taleyini həll etməyə qadirdir. Bundan əlavə, "Xəzər Lənkəran" evdə oynayacaq. Bir sözlə, bizi gərgin və maraqlı oyun gözləyir".