Nelson Bonilya: Qəbələ güclü komanda olsa da, onlara qalib gəlmək istəyirik
16 dekabr 2015 13:40
"Zirə"nin hücumçusu Nelson Bonilya Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim üçün vacib oyundur. Rəqibimiz güclüdür. Onların son dövrlərdəki nəticələri yaxşı olmasa da, "Qəbələ"nin psixoloji baxımdan probleminin olduğunu düşünmürəm. "Qəbələ" böyük komandadır. Bizi çox ağır oyun gözləyir. Amma qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik. "Zirə"də oynamaq mənim üçün xoşdur. Bu klubun uğurları üçün çalışıram. Hazırda ancaq bu komandaya kömək etmək barədə düşünürəm. Başqa kluba keçmək barədə fikrim yoxdur. Amma təbii ki, sabah nəyin necə olacağını indidən söyləmək bir qədər çətindir".