Elvin Yunuszadə: Ümid edirəm ki, bu dəfə Sumqayıta qalib gələcəyik
16 dekabr 2015 15:00
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt" hazırda əla forma yığıb. Onlar əvvəlki turda da qələbə qazanıblar. Özü də "İnter"ə səfərdə qalib gəliblər. Bizi ağır oyun gözləyir. Yaxşı nəticə qazanmaq üçün diqqətli oynamalıyıq. "Sumqayıt" birinci dövrədə bizə də qalib gəlmişdi. Ümid edirəm ki, bu dəfə qələbə qazanıb, turnir cədvəlində liderliyimizi möhkəmləndirə biləcəyik. Hazırda tam olaraq bu görüşə köklənmişik. Qışa qədər "Qəbələ" ilə də oyunumuz var. Amma həmin görüşü "Sumqayıt"la oyundan sonra düşünməliyik".