Nurlan Novruzov: Qəbələ ilə matçın vacibliyini turnir cədvəli də göstərir
16 dekabr 2015 16:00
"Zirə"nin hücumçusu Nurlan Novruzov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" ilə oyuna çox ciddi hazırlaşmışıq. Rəqibin son dövrlər çox xal itirdiyini nəzərə alsaq, bizimlə oyun onlar üçün də vacibdir. Biz bunu gözəl başa düşürük. Qələbə hər iki komandaya çox lazımdır. Fikrimcə, meydanda əsl mübarizə görəcəyik. Bu görüşdə maksimum nəticəyə nail olmalıyıq. Bu görüşün vacibliyini komandaların turnir cədvəlindəki mövqeyindən də görmək olar. Düşünmürəm ki, son nəticələri rəqibdə hansısa gərginlik yaratsın. "Qəbələ" güclü heyətə malikdir. Bizimlə də görüşə qələbə ilə çıxacaqlarına əminəm".