Rəşad Sadıqov: Qarabağ ən yaxşı oyunlarından birini sərgilədi
17 dekabr 2015 00:05
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Bu, bizim çempionatdakı ən yaxşı oyunlarımızdan biri idi. Sadəcə, yaratdığımız çoxsaylı qol epizodlarından lazımınca yararlana bilmədik. Rəqib isə bizim səhvlərimizdən maksimum yararlandı və iki qol vurdu. Həmin qollara baxmayaraq, biz yaxşı oynadıq. 90 dəqiqə ərzində hücum etdik, kombinasiyalar qurduq, qol vurmaq üçün çoxlu şans əldə etdik. Çox şadam ki, məğlubiyyətdən qaçmağı bacardıq".