Kamal Bayramov: Qəbələdə psixoloji problemlər var
17 dekabr 2015 15:30
"Zirə"nin qapıçısı Kamal Bayramov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Çətin oyun olacağını hamı bilirdi. Buna baxmayaraq, biz üç xal qazanmağı bacardıq. "Qəbələ" böyük heyətə malik olsa da, hazırda çətin günlərini yaşayır. Mənə elə gəlir ki, onlarda hazırda psixoloji problemlər var və bunu aradan qaldırmaq lazımdır".