Anyete: Həmin epizodda mən simulyasiya etmək fikrində deyildim
18 dekabr 2015 00:05
"Neftçi"nin hücumçusu Anyete Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (0:1) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matça pis başlayanda oyun həmişə pis alınır. İkinci hissədə yaxşı oynadıq. Amma əsas qol vurmaq idi ki, bunu bacarmadıq. Qol da vura bilməyincə, məğlubiyyət qaçılmaz oldu. Şəxsən mənim iki qol vurmaq şansım oldu. İkinci epizodda yerə yıxılsam da, simulyasiya etmək fikrim yox idi. Ola bilər ki, hakim həmin epizodda qayda pozuntusu qeydə almadı. Amma bu, mənim simulyasiya etdiyim anlamına gələ bilməz. O, mənə sarı vərəqə verməyə də bilərdi. Hakimlikdən danışmağı sevmirəm. Sadəcə, onu deyə bilərəm ki, hakimlər bizə kömək etmədilər".