Rail Məlikov: Baş məşqçinin taktikası bəhrəsini verdi
18 dekabr 2015 00:10
AZAL-ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Neftçi" ilə oyunlarımız həmişə çətin keçir. Bunu yaxşı başa düşürdük deyə, oyuna yaxşı hazırlaşmışdıq. Tərlan Əhmədov bizə əks-hücumda oynamağı başa salmışdı. Baş məşqçinin taktikası da bəhrəsini verdi. Qol vura, qələbə qazana bildik. Biz bu mövsüm "Neftçi"dən 6 xal almışıq. Bu mövsüm istənilən komandadan xal almaq mümkündür".