Qarabağda daha bir itki
18 dekabr 2015 12:00
"Qarabağ" Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam klubu qarşıdakı oyunda daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, hücumçu Raydell Pupon ilin son matçını buraxmalı olacaq. Buna səbəb onun diskvalifikasiyalı olmasıdır. Belə ki, "Sumqayıt"la son matçın başa çatmasına az qalmış qırmızı vərəqə alan forvard komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, "Qarabağ" qarşıdakı oyunda Reynaldo və Əlhərbi Əl-Jadeuyinin də xidmətindən yararlana bilməyəcək.