İnterlə Kəpəz 1000 manat cərimə olundu, Qarabağın forvardı cəzalandı
18 dekabr 2015 12:20
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Rəvan” - “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Qarabağ” - “Sumqayıt” matçının 90+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Raydell Pupon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Xəzər Lənkəran” - “Kəpəz” matçında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.