Hakimi təhqir edən futbolçu 4 oyunluq cəzalandı
18 dekabr 2015 12:40
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Neftçi” - AZAL matçının 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Sərkərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
"Xəzər Lənkəran” - “Kəpəz” matçının 44-cü dəqiqəsində “Kəpəz”in futbolçusu İsmayıl Aslanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.