Əmirquliyevlə Cəlilov Xəzər Lənkəranda son oyununa çıxmağa hazırdır
18 dekabr 2015 15:00
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "İnter"ə qarşı keçiriləcək səfər matçı "Xəzər Lənkəran"ın iki futbolçusu üçün bu komandada son oyun olacaq. Azerisport.az xəbər verir ki, kapitan Rahid Əmirquliyevlə Tural Cəlilov cənub klubunun formasında son matçına çıxacaq.
Əmirquliyevin gedəcəyi hələ bir müddət öncədən bəlli idisə, Cəlilov yenicə klubla razılığa gəlib. Artıq hər iki futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" matçı dekabrın 20-də keçiriləcək və saat 16:30-da start götürəcək.