Kəpəz istirahətsiz Neftçi ilə oyunun hazırlıqlarına başlayır
18 dekabr 2015 15:30
Topaz Premyer Liqasının qış fasiləsi öncəsi son oyununda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” istirahət etmədən 18-ci turun hazırlığına start verəcək. Azerisport.az xəbər verir ki, dünən “Xəzər Lənkəran”la matçdan sonra Yevlaxa gələn komanda bu gün qaldığı bazanın meydançasında məşqə çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.
Qeyd edək ki,“Kəpəz” - “Neftçi” oyunu dekabrın 20-də Gəncə şəhər stadionunda keçiriləcək.