Amit Quluzadə: Bəxtimiz gətirsəydi, indi daha üst pillələrdə olardıq
19 dekabr 2015 13:30
"Sumqayıt"ın yarımmüdafiəçisi Amit Quluzadə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəvan"la oyuna ancaq qələbə üçün çıxacağıq. İstəyimizə çatsaq, qış fasiləsinə əl əhval-ruhiyyədə yollanmaq şansı əldə edəcəyik. Komandamız mövsümün əvvəlində pis çıxış edirdi. Amma mənə elə gəlir ki, bəzi oyunlarda bəxtimiz gətirsəydi, indi turnir cədvəlində daha yaxşı mövqedə olardıq. Nə etmək olar? İndi bundan sonrakı oyunları düşünməyimiz daha vacibdir. "Rəvan"a qalib gəlib, xal ehtiyatımızı yaxşılaşdırmalıyıq".