Ruslan Abışov: Penaltini vura bilməməyimiz rəqibi ruhlandırdı
20 dekabr 2015 00:45
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 18-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mövsümün son oyunu idi. Matçın belə çətin keçəcəyini bilirdik. Rəqibimizin cari mövsümdə necə uğurlu çıxış etdiyini hər kəs bilir. Hesabı açdıqdan sonra rəqibi əks-hücumda tutmağa, ələ düşən imkanlardan yararlanmağa çalışırdıq. Amma alınmadı. Penaltini dəqiq yerinə yetirə bilməməyimiz rəqibi daha da ruhlandırdı. Buraxdığımız qol da komandamızın ani diqqətsizliyi nəticəsində baş tutdu. Fikrimcə, qələbə qazanmalıydıq. Lakin ili heç-heçə ilə başa vurmalı olduq". (CBC)