Əfran İsmayılov: Qələbəyə qalib gələ bilərdik
20 dekabr 2015 00:55
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"İki güclü komanda oynayırdı. Bilirdik ki, ağır olacaq. Həm baxımlı futbol sərgiləmək, həm də nəticə qazanmaq istəyirdik. Qələbə qazana bilərdik. Amma bir xalla kifayətlənməli olduq. Artıq istirahət vaxtıdır. Çünki komanda bu mövsüm çox yorulub". (CBC)