Neftçinin futbolçusu Gəncədə xəstəxanaya gecikmə ilə aparıldı
20 dekabr 2015 15:30
Topaz Premyer Liqasının 18-ci turunun "Kəpəz" - "Neftçi" matçının son dəqiqələrində qonaq komandanın futbolçusu Fəhmin Muradbəyli ağır zədə alıb. Azerisport.az xəbər verir ki, matçın təşkilatçıları zədəsi ciddi olan futbolçunu təcili xəstəxanaya çatdırmaq istəsə də, uzun müddət buna nail ola bilməyiblər.
Çünki arenada təcili tibbi yardım maşını olmayıb. Onu yalnız 20 dəqiqə sonra xəstəxanaya yola salmaq mümkün olub.