Əsgər Abdullayev: Qazonun keyfiyyəti oyunumuza təsir göstərdi
20 dekabr 2015 16:20
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qələbə qazanmaq istəyirdik. Amma istəyimizə çata bilmədik. Qazonun keyfiyyəti oyunumuza təsir etdi. "Kəpəz" döyüşkən komandadır. Şahin Diniyevin sayəsində onlar bu gün əsl xarakter nümayiş etdirdilər. Fasilədə futbolçulara daha çox hücum etmək lazım olduğunu başa saldıq. Bizim çoxlu qol imkanımız oldu. Amma onlardan yararlana bilmədik. Bu matç üçün nəticə ədalətli oldu. "Neftçi"nin avrokuboklara vəsiqə qazanması üçün əlimizdən gələni edəcəyik".