Şahin Diniyev: Hər iki komanda heç-heçəyə oynadı
20 dekabr 2015 16:30
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyun həm fanatlar, həm də bizim üçün maraqlı alındı. Hər iki komanda heç-heçəyə oynadı. Əsgər Abdullayevi qazandıqları bir xal münasibətilə təbrik edirəm. Qırmızı vərəqə epizoduna gəlincə, hakim epizoda yaxın idi. Yəqin ki, düzgün qərar qəbul etdi".