Cavid İmamverdiyev: Tarixə düşdüm
20 dekabr 2015 16:40
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu komandalar arasındakı oyunlar həmişə maraqlı keçir. Qırmızı vərəqə belə oyunlar üçün normaldır. Hakim səhv də edə bilər, düz qərar da verə bilər. Meydanın vəziyyəti elə də yaxşı deyildi. Şadam ki, "Neftçi" və "Kəpəz" arasındakı oyunlarda 100-cü qolun müəllifi oldum. Tarixə düşdüm. Çox ümid edirəm ki, yanvarda çox yaxşı toplanış keçəcək və özümüzə gələcəyik. Uzun müddət müxtəlif səbəblərdən oynaya bilmirdim. İndi isə artıq forma toplamağ başlamışam". (СВС)