Zaur Svanadze: Komandamın mövsümün ilk yarısındakı çıxışından razıyam
20 dekabr 2015 19:40
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandamın mövsümün birinci yarısındakı çıxışından razıyam. Oyunçularımı və klub rəhbərliyini təbrik edirəm. 2-3 gündən sonra komandadan kimin qalıb, kimin qalmayacağını biləcəyik".