Yunis Hüseynov: Bizə yeni transferlər etməyə icazə verilməsini gözləyirik
20 dekabr 2015 19:50
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizə gəlincə, zəif oynadıq. Demək olar ki, oyunçumuz yoxdur. Bu oyunda ötən gün əvəzedicilərin çempionatında oynamış futbolçuları meydana buraxmışdım. Klub rəhbərliyi ilə komandanın gələcəyi barədə söhbət edəcəyik. Bizə yeni transferlər etməyə icazə verilməsini gözləyirik. Amma bu məsələ mənim işim deyil. Mənə 15 futbolçu lazımdır".