Kəpəzlə Neftçi azarkeşləri arasında qalmaqal: bakıl fanat yaralandı
20 dekabr 2015 20:00
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilmiş "Kəpəz" - "Neftçi" oyunundan sonra azarkeşlərlə polislər arasında kiçik münaqişə yaşanıb. Azerisport.az "Neftçi"nin mətbuat xidmətinə istinadla xəbər verir ki, hələ matçın gedişi zamanı "Kəpəz" fanatları qonaq komandanın azarkeşlərinə daş və digər əşyalar atıblar.
Bu zaman bakılı azarkeşlərdən biri əlindən zədə alıb. İki komandanın azarkeşləri arasındakı bu münaqişəyə paytaxt klubunun vitse-prezidenti Elnur Məmmədli və polis də qoşulub. "Neftçi"dən aldığımız məlumata görə, bakılı azarkeşlərdən həbs edilən olmayıb.