Cavid Tağıyev: İbrahim Şehiçin penaltini çıxarmasına çox sevindim
21 dekabr 2015 00:30
"Qarabağ"ın yarımmüdafiəçisi Cavid Tağıyev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunda İbrahim Şehiçin penaltini qaytarmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Qapımıza penalti təyin olunanda düşündüm ki, hesab 0:2 olacaq. Penalti elə şeydir ki, 50 faiz qol deməkdir. Amma Şehiç Dodonun zərbəsini dəf edəndə, çox sevindim. Sağ olsun. Başa düşürəm ki, hesab 0:2 olanda xal qazanmaq ehtimalı daha az olardı, nəinki 0:1-də".