Fəhmin Muradbəyli yanvar ayında sıraya dönəcək
21 dekabr 2015 17:00
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz"lə səfər oyununda zədələnən "Neftçi"nin futbolçusu Fəhmin Muradbəylinin zədəsi ciddi deyil. Azerisport.az xəbər verir ki, gənc hücumçu bu gün ətraflı həkim müayinəsindən keçib.
Məlum olub ki, zədə gözlənildiyi qədər ciddi deyil. Amma onun ayağı minimum üç həftə gipsdə qalacaq. Muradbəyli ən yaxşı halda yanvar ayının ortalarında sıraya dönəcək. Fəhminin komandasının Türkiyədəki qış hazırlığında iştirakı mümkün olacaq.