Əvəzedicilər ilin son cəzasını aldılar
22 dekabr 2015 13:20
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Kəpəz” - “Neftçi” matçının 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Ömər Buludov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
AZAL - “Zirə” matçında AZAL-ın 4, “Zirə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 500 manat cərimə olunub.