Emin Nuri Premyer Liqa klubları ilə danışıqlara başlayır
24 dekabr 2015 18:40
Azərbaycan yığmasının müdafiəçisi Emin Nuri İsveçin "Kalmar" klubundan ayrılmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, o, karyerasını Azərbaycan Premyer Liqasında davam etdirmək istəyir.
Artıq Emin menecerindən Topaz Premyer Liqasının bəzi klubları ilə danışıqlar aparmağı xahiş edib. O, həmçinin iddialı klublarımızdan birinin şərəfini qorumaq istəyir.
Xatırladaq ki, Emin Nuri vaxtilə saytımıza müsahibəsində "Qarabağ"la "Qəbələ"nin şərəfini qorumaqda daha çox maraqlı olduğunu bildirmişdi.