Nelson Bonilya: Zirə qışdan sonra daha yaxşı oynayacaq
25 dekabr 2015 19:00
"Zirə"nin hücumçusu Nelson Bonilya komandasının Topaz Premyer Liqasının ilk iki dövrəsindəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, biz uğurlu çıxış etdik. Turnir cədvəlində tutduğumuz mövqe də bunun göstəricisidir. Həm birinci, həm də ikinci dövrədə uğurlu oyunlarımız da oldu, uğursuz matçlarımız da. Mənim fikrimcə, ən yaxşı oyunumuzu "Sumqayıt"a qarşı keçirdik (3:2). Ən pis oyunumuz isə "Rəvan"a 0:1 hesabıyla uduzduğumuz görüş idi. Qış fasiləsindən sonra daha yaxşı çıxış etməyə çalışacağıq".