PFL 9 kluba sanksiya tətbiq edə bilər
29 dekabr 2015 16:30
Topaz Premyer Liqasının 9 klubunun Peşəkar Futbol Liqasına borcu var. Azerisport.az xəbər verir ki, "Qarabağ" istisna olmaqla, bütün elita təmsilçilərinin bu quruma ödəmək məcburiyyətində olduğu müəyyən məbləğ mövcuddur.
Buna səbəb sözügedən klubların İntizam Komitəsi tərəfindən cəzalandırıldıqları halda, həmin cərimələri ödəmək istəməməsidir. Amma PFL artıq klubların qarşısına şərt qoyub. Belə ki, yanvarın 30-na qədər hansı klub sözügedən borclarını bağlamasa, PFL tərəfindən sanksiyalarla üzləşəcək.