Fotoreportaj|Video|На русском

Futbol

Qədirov: Qarabağ çox üstün olsa da, onları indidən təbrik etmək tezdir

1 yanvar 2016 18:00

Azərbaycanlı futbol mütəxəssisi Vladislav Qədirov geridə qalan 2015-ci il üçün ölkə futbolunu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"İlk növbədə Azərbayxan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik edirəm. Düzünü deyim ki, 2015-ci il mənim yadımda xüsusi nə iləsə yadda qalmadı. Amma iki klubumuzun Avropa Liqasının qrup mərhələsində çıxış etməsi çox sevindirici oldu. Azərbaycan yığmasının İtaliya ilə Bakıdakı görüşü də yaddaqalan hadisələrdən idi. Komandamız adlı-sanlı rəqibinə qarşı çox yaxşı oynadı".

Qədirov geridə qalan ilin ən yaxşı futbolçusunun da adını açıqlayıb: "Mən ötən ilin futbolçusu adına Elnur Cəfərovu layiq görərdim. "Xəzər Lənkəran"ın gənc hücumçusu doğrudan da istedadlı futbolçudur. O, mənim diqqətimi hələ üç il öncə U-16-da çıxış edərkən çəkmişdi. Öz üzərində daha çox çalışsa, güclü futbolçu olacaq. Əsas əldə etdikləri ilə kifayətlənməyib, daha çox əziyyət çəkməsidir".

Həmsöhbətimizin sözlərinə görə, Topaz Premyer Liqasının cari mövsümü əvvəlki illərlə müqayisədə geri qalır: "Fikrimcə, Premyer Liqamızın səviyyəsi doğrudan da düşüb. Bunun üçün elə əvvəlki mövsümlərlə müqayisə aparmaq yetərlidir. Əvvəllər birinci yer uğrunda minimum 5 komanda mübarizə aparırdı. Amma indi vəziyyət elədir ki, digər komandalar "Qarabağ" səviyyəsində çıxış edə bilmirlər. Baxmayaraq ki, hələ geridə sadəcə, mövsümün yarısı qalıb".

"Qəbələ"nin nəsə etməyə çalışdığını görürük. Amma "Qarabağ"ın bu üstünlüyü əldən verəcəyinə inanmıram. Çempionatımızın səviyyəsinin enməsinə səbəb maliyyə problemləridir. Axı biz nə vaxt "Neftçi"nin maliyyə probleminə görə ölkə xaricinə getməkdən imtina etdiyini görmüşük? Özü də bu çətinliklərlə əksər klublarımız üzləşib. Əlbəttə, hələ qarşıda çox oyun var. Bu üzdən "Qarabağ"ı indidən təbrik etmək tezdir. Amma bu komandanın oyunu onu göstərir ki, "Qarabağ" digər rəqiblərinin hamısından çox üstündür".

Qədirov yeni illə bağlı arzularını da dilə gətirib: "Azərbaycan futboluna 2016-cı ildə də uğurlar arzulayıram. Ümid edirəm ki, yığma komandamız və klublarımız bizi uğurlu nəticələri ilə sevindirəcəklər".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah