Millimiz Rusiyaya uduzub, AÇ-ni tərk etdi
Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının final mərhələsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiya ilə qarşılaşıb.
Xatırladaq ki, yığmamız D qrupu çərçivəsində keçirdiyi əvvəlki oyunlarında İtaliyaya 0:3 hesabıyla uduzmuş, amma Çexiyaya 6:5 hesabıyla qalib gələrək, adını 1/4 finala yazdırmışdı.
Təəssüf ki, yığmamız 1/4 finaldan uzağa gedə bilməyib. Şimal qonşularımızla görüş komandamızın darmadağını ilə başa çatıb.
AÇ-2016
1/4 final
9 fevral
Rusiya - Azərbaycan - 6:2 (2:1)
Qollar: Abramov, 7 (1:0). Avqusto, 8 (1:1). Romulo, 15 (2:1). Robinyo, 25 (3:1). Abramov, 26 (4:1). Avqusto, 29 (4:2). Eder Lima, 39 (5:2). Eder Lima, 40 (6:2).
Sarı vərəqə: Pereverzev, 1. Amadeu, 12. Eduardo, 21. Rafael, 31.
Belqrad. "Belqrad Arena".
Rusiya: 12. Qustavo, 18. Davıdov, 3. Pereverzev (k), 8. Eder Lima, 10. Robinyo.
Ehtiyat oyunçular: 1. Vikulov, 2. Şayahmetov, 5. Sergeyev, 7. Kutuzov, 14. Milovanov, 15. Romulo, 4. Lıskov, 9. Abramov, 17. Şakirov.
Baş məşqçi: Sergey Skoroviç.
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Avqusto, 10. Amadeu.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fineo de Araujo, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 18. Sergey Çuykov.
Baş məşqçi: Tino Peres.