Qurban Qurbanov insanlara ASAN xidmət göstərdi
9 fevral 2016 22:20
Sumqayıt “ASAN xidmət” mərkəzinin “Könüllü məşhurlar” layihəsinin növbəti qonağı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olub. Azerisport.az xəbər verir ki, Azərbaycanın əməkdar məşqçisi, Ağdam klubunun çalışdırıcısı ərizə və anketlərinin doldurulması, növbələrin verilməsi və hazır sənədlər pəncərəsində könüllü olaraq vətəndaşlara xidmət göstərib.