Roman Qriqorçuk Şaxtyoru çalışdıra bilər
11 fevral 2016 19:20
Ukraynanın "Şaxtyor" klubunun rumıniyalı çalışdırıcısı Mirça Luçesku bu yay komandadan ayrıla bilər. Azerisport.az xəbər verir ki, bu iddia ilə Ukrayna mətbuatı çıxış edib.
Artıq onu kimlərin əvəz edəcəyi barədə də xəbərlər yayılıb. "Şaxtyor"u çalışdırmağa əsas namizədlər arasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da var.