Avropa çempionatının digər finalçısı da müəyyənləşdi
12 fevral 2016 11:00
Serbiyanın paytaxtı Belqradda təşkil olunan futzal üzrə Avropa çempionatının ikinci finalçısı da müəyyənləşib. Azerisport.az xəbər verir ki, digər yarımfinal cütündə İspaniya ilə Qazaxıstan qarşılaşıb.
İspanlar bu görüşdə 5:3 hesabıyla üstün olublar. Nəticədə, sözügedən komanda AÇ-2016-nın digər finalçısı olub.
Qeyd edək ki, ilk finalçı turnirə ev sahibliyi edən Serbiyanı məğlub etmiş Rusiya olmuşdu.
Final qarşılaşması fevralın 13-də keçiriləcək. Bundan öncə isə Serbiya və Qazaxıstan yığmaları üçüncü yer uğrunda qarşılaşacaq.