Orxan Əliyev Kəpəzə keçidi və Qarabağla oyun haqda danışdı
12 fevral 2016 14:00
"Kəpəz"in yeni transferi Orxan Əliyev Gəncə klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz"lə mayın sonunadək müqavilə imzaladım. Bu komandaya keçdiyimə görə çox şadam. "Kəpəz"in yaxşı kollektivi, rəhbərliyi var. Özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Şadam ki, Şahin Diniyev məni komandasında görmək istədi. Əks halda indi burada olmazdım. Hazırda "Qarabağ"la oyuna hazırlaşırıq. "Kəpəz" qış fasiləsindən sonra çempionata yaxşı başlayıb, ardıcıl iki qələbə qazanıb. Avrokuboklara düşmək üçün bundan sonra da uğurlu çıxışımızı davam etdirməyimiz lazımdır. "Qarabağ" çempionatın lideri olsa da, biz qələbəyə oynayacağıq".