Turan Gürcüstan klubuna qalib gəldi
12 fevral 2016 18:20
"Turan Tovuz" Gürcüstanda yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, 1-ci divizionda çıxış edən Tovuz təmsilçisi yerli "Rustavi" ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Turan Tovuz" 1-ci divizionda ilk dövrədən sonra 10-cu yerdə qərarlaşıb.