Fineo: Hollandiyaya qalib gəlib, DÇ-yə yollanmaq istəyirik
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Fineo dünya çempionatının pley-off mərhələsi çərçivəsində Hollandiyaya qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hollandiya yığması ilə oyun çətin olacaq. Amma buna baxmayaraq, biz qələbəyə oynayacağıq. Çünki Kolumbiyaya getmək istəyirik. AÇ-2016-nın final mərhələsində yaxşı oynadıq. Xüsusilə də Rusiya ilə görüşdə. Birinci hissədə hər şey yaxşı alındı, qol da vurduq. Əfsuslar olsun ki, fasilədən sonra oyunumuz getmədi. Bizim bəxtimiz gətirmədi, Rusiya isə təcrübəsindən yararlanıb, qollar vurdu. Halbuki, bu görüşdə qələbə qazanmağa yaxın idik. Rəqib qapıçı Qustavo da çox yaxşı oynadı. Hətta deyərdim ki, bizim yarımfinala çıxmağımıza məhz o imkan vermədi".