Vitali Borisov: Hollandiya normal rəqibdir
12 fevral 2016 19:40
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov dünya çempionatına vəsiqə qazanmaq üçün Hollandiyaya qarşı keçirəcəkləri pley-off oyunlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hollandiya normal rəqibdir. Təxminən 10 il öncə onlarla Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışdıq. Həmin görüş heç-heçə (4:4) bitmişdi. Komandada çoxlu ərəb çıxış edir. Texnikalı komandadır. Amma bunlar hamısı o vaxt idi. İndi onların hansı səviyyədə olduğunu bilmirəm. İstənilən halda şanslar bərabərdir. İndi futzal oynamağı hər kəs bacarır".