Emil Balayevsiz Ayntraxt yenə uduzdu
14 fevral 2016 12:40
Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Köln"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:3. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 21 xalla 15-ci pillədə qərarlaşıb.