Qurban Qurbanov: Bəlkə də ən vacib 3 xalımızı qazandıq
14 fevral 2016 17:00
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu, bəlkə də mövsümün ən vacib üç xalıdır. Bu cür meydanda oynamaq çətin idi. İki standart vəziyyətdən vurduğumuz qollar sayəsində qələbə qazandıq. Rəqib güclü idi. Şahin Diniyevi bu cür komanda yaratması münasibəti ilə təbrik edirəm". (CBC)