Şahin Diniyev: Qarşılaşma heç-heçə bitməli idi
14 fevral 2016 17:15
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Maraqlı oyun alındı. Qazonun vəziyyəti ideal olmasa da, keyfiyyətli oyun izlədik. Fikrimcə, qarşılaşma heç-heçə bitməli idi. Rəqibin kuryoz qolu olmasaydı, məhz heç-heçə qeydə alına bilərdi. Hələ avrokuboklardan danışmaq tezdir. Dördüncü olmaq uğrunda səkkiz komanda mübarizə aparır. Belə oynasaq, hədəfimizə çata bilərik". (CBC)