Robert Prosineçki: Gəncədə gördüklərimin hamısı xoşuma gəldi
14 fevral 2016 17:30
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilmiş "Kəpəz" - "Qarabağ" oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyun xoşuma gəldi. Baxmayaraq ki, qazon yaxşı deyildi. Mübarizə var idi. Azarkeşlər də xoşuma gəldilər. Gəncədə gördüklərimin hamısını bəyəndim. Şadam ki, Namiq Ələsgərov ağır zədədən sonra belə oyun sərgiləyir. Onun oyunundan həzz alıram. Azərbaycan futbolunun ən yaxşı futbolçularından biridir". (CBC)