Roman Qriqorçuk: Rəqib bütün oyunu müdafiədə keçirdi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyun ağır keçdi. Amma asan olacağını da gözləmirdik. Bizə ancaq qələbə və xallar lazım idi. Bunun üçün də çalışdıq. Matçın sonu xüsusilə əsəbi keçdi. Son dəqiqələr həm də bizim problemlərimizin qaldığını göstərdi. Rəqib bütün oyunu müdafiədə keçirdi. Belə müdafiəni yarmaq çox çətindir. Amma buna baxmayaraq, çoxlu qol epizodumuz oldu. Qələbə üçün isə bizə bir qol da bəs edirdi. Ermin Zetsin qol vurması yaxşıdır. Ümid edirəm ki, o, bundan sonrakı oyunlarda da qol vuracaq". (CBC)